ABŞ-da prezident seçkiləri kampaniya ərəfəsində Ağ Evin rəsmi saytında ikinci müddətə dövlət başçısı seçilmək istəyən Barak Obamanın doğum haqqında şəhadətnaməsinin fotosu yerləşdirilib. Sənədə görə, Barak Obama Amerikanın Havay ştatında anadan olub. Bu, qanunvericiliklə ona ABŞ-ın dövlət başçısı olmaq hüququ verir. Əvvəllər Barak Obama ictimaiyyətə doğum haqqında şəhadətnaməsinin ixtisar olunmuş formasını təqdim etmişdi.
Hazırda yayılan fotoda isə onun hətta anadan olduğu saat, hospitalın adı da göstərilib. Doğum şəhadətnaməsinin yayılması Barak Obamanın anadan olduğu yerlə batğlı spekulyasiyalara son qoymağa xidmət edir. Adətən, belə məlumatlar açıqlanmır və dərc edilmir. Lakin Barak Obamanın xahişi ilə Havay ştatının Səhiyyə Nazirliyi istisnaya yol verib.
Barak Obama 2012-ci ildə ikinci müddətə prezident seçilmək üçün mübarizə aparacağını açıqladıqdan sonra onun anadan olduğu yerlə bağlı şayiələr sürətlə yayılmağa başlayıb.