Afrikada yeni toqquşma ocağı: 10 nefer öldü
21 Avqust 2013 Çərşənbə 22:06
Merkezi Afrika Respublikası 1,5 milyon adam tecili yardıma ehtiyac duyur.
Mərkəzi Afrika Respublikasının paytaxtı Banqi şəhərində baş vermiş toqquşmalar nəticəsində 10 nəfər ölüb, 20 nəfər yaralanıb. ANS PRESS qərb mətbuatına istinadən bildirir ki, toqquşma dünən başlayıb - müvəqqəti hökumətin qüvvələri hakimiyyətdən salınmış prezident Fransua Bozizenin qüvvələrini tərksilah etmək istəyiblər. Mart ayında "Seleka" qiyamçı koalisiyası prezident Bozizeni hakimiyyətdən salandan sonra ölkədə anarxiya başalyıb. BMT-nin məlumatına görə, ölkə sürətlə nəzarətdən çıxıb, 1,5 milyon adam təcili yardıma ehtiyac duyur.


DOSTLARINLA PAYLAŞ:

oyunlar