Afrika dünyaya ölümcül ebola virusu yayır
13 Aprel 2014 Bazar 12:26
Afrikada ölümcül Ebola virusuna yoluxanların sayı artmaqda davam edir.
Qitədə bu xəstəlikdən ölənlərin sayı artıq 100-ü keçib.

Xəstəliyin xaricdə yayılmaması üçün yerli hökümət aeroportda termal baxış kamerası yerləşdirib. Bədən temperaturunu canlı şəkildə görüntülüyən bu aparat sayəsində Qvineyanı tərk edən sərnişinlər arasında ölümcül virusu müəyyən etmək olur.

Sərhədsiz həkimlər təşkilatında əmin edirlər ki, vaxtında edilən müdaxilə, xəstəni ölümdən xilas edə bilər. Qərbi Afrikada baş qaldırmış bu təhlükəli qızdırma növünün indiyə qədər belə sürətlə yayılmadığından Ümumdünya səhiyyə təşkilatı vəziyyətdən narahatlığını bildirib. Hava-su yolu ilə asan yoluxma hallarının demək olar ki, 90 faizi ölümlə nəticələnir.

Xəstəliyin daha çox yayılma riskinin qarşısını almağa çalışan "Sərhədsiz həkimlər" qrupununun səyləri ilə xəstələr üçün ayrıca karantin mərkəzləri qurulacaq. Onlarla yaxın təmasda olanların siyahısı çıxarılaraq, içlərində ebola şübhəsi daşıyanlar müalicə ediləcəklər.

Xəstələr bu xəstəliyi çox asan yoluxdura bilirlər. İlk olaraq 1976-cı ildə Kongoda görülən və adı Afrikadaki bir göldən götürülən ebola virüsü; ishal, kanama, dəri töküntüləri və yüksək bədən tempraturu əlamətləri ilə ortaya çıxır. Virus ən çox Konqo, Uqanda və Cənubi Sudan ölkələrində yayılıb.

Müalicəsi və peyvəndi olmayan virüs, xəstədən sağlam insana asan keçir. Heyvanların da daşıyıcı olduğu bu təhlükəli virus, daha çox şimpanze, qorilla və meymunlarda aşkarlanır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar