Afinada nümayişçilər parlamentin binasını mühasirəyə ala bilməyib
15 İyun 2011 Çərşənbə 16:04
Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Yunanıstanın paytaxtı Afinada polis nümayişçilərin parlament binasını mühasirəyə almasına mane olub. Aksiya iştirakçıları bununla hökumətin sərt iqtisali tədbirlər planını bu gündən müzakirə etməyə başlayacaq deputatların yolunu kəsməyə çalışırdılar. Aksiya iştirakçıları ilə polis arasında toqquşmalar qeydə alınıb. Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Afinanın mərkəzindəki Sintaqma meydanına toplaşmış aksiya iştirakçılarının 'oğru' adlandırdıqları siyasətçilərin ünvanına təhqiredici hərəkətlər etdiyi bildirilir. Polis nümayişçilərin yolunu kəsməyə çalışır. Meydanda 20 minədək insanın toplaşdığı xəbər verilir.

Etiraz aksiyaları Yunanıstan paytaxtının bir neçə hissəsində keçirilir. 24 saatlıq tətil səbəbindən nəqliyyatın hərəkəti dayanıb, televiziya və radio proqramlar yayımlanmır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar