Afinada namaz qılanlara yumurta atıldı
17 Noyabr 2010 Çərşənbə 15:40
Afinada namaz qılanlara yumurta atıldı. Yunan polisi etirazçıların qarşısını ala bilib.
Avropanın yeganə məscidsiz paytaxt şəhəri olan Yunanıstanın paytaxtı Afinada müsəlman əhali bayram namazında insident yaşanıb. Onlarla müsəlman namaz qılmaq üçün toplaşdıqları Atikti meydanında gözləmədikləri maneə ilə qarşılaşıblar. Belə ki, namaza başlayanda 30 nəfərlik qatı sağçı olan “Hrisi Avgi” (Qızıl Şəfəq) adlı qrupun üzvləri və ətrafdakı evlərdən dindarların üstünə yumurta və qatıq atılıb. Lakin yunan polisi insidentin qarşısını ala bilib. Polis etirazçı qrupu dağıtmaq üçün duman bombasından istifadə edib.
Nəticədə bayram namazı bir saatlıq gecikmə ilə qılınıb.
Qeyd edək ki, Afinada məscid olmadığı üçün müsəlmanlar namazı paytaxtın müxtəlif meydanlarında, universitetlərin həyətlərində qılıblar. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: