Aeroport yaxınlığında atışma olub
10 İyun 2013 Bazar Ertəsi 09:45
Bütün reyslər təxirə salınıb.
Əfqanıstanın paytaxtı Kabildə beynəlxalq hava limanı yaxınlığında partlayış və atışma baş verib. ANS PRESS - in məlumatına görə, bu barədə "Associated Press" agentliyi əfqan polisinə istinadən xəbər verir.
Məlumata görə, partlayış və atışma səsləri NATO qüvvələrinin hərbi bazasının yerləşdiyi Kabil aeroportu istiqamətindən eşidilib. Silahlı qruplaşma üzvləri həmin ərazidə tikilməkdə olan binanı ələ keçirərək, Əfqanıstan hərbi qüvvələrinin bazasını atəşə tutub. Təhlükəsizlik qüvvələri tezliklə binanı mühasirəyə alıb. Hələlik itki barədə məlumat yoxdur.
Kabil hava limanında reyslər də təxirə salınıb.
Hücuma görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.
DOSTLARINLA PAYLAŞ: