Adı bədnam olmuş məşhur həbsxana bağlandı
16 Aprel 2014 Çərşənbə 00:54
Aprelin 15-ə olan vəziyyətə görə 2,4 min dustaq “Əbu-Qreyb”dən daha təhlükəsiz həbsxanalara köçürülüb.
İraq ədliyyə naziri Həsən əş-Şimari adı bədnam olmuş məşhur "Əbu-Qreyb" həbsxanasının bağlanacağını bildirib.

ANS PRESS-in məlumatına görə, nazir bildirib ki, bu addım təhlükəsizlik məqsədi ilə atılır, çünki həbsxana narahat rayonda yerləşir. Artıq aprelin 15-ə olan vəziyyətə görə 2,4 min dustaq “Əbu-Qreyb”dən daha təhlükəsiz həbsxanalara köçürülüb.

Təhlükə ondan qaynaqlanır ki, həbsxana İraqın Anbar vilayətində yerləşir. Həmin vilayətdə son aylarda hökumət qüvvələri ilə “İraq və Şam islam dövləti” qruplaşmasının döyüşçüləri arasında döyüşlər gedib. Keçən ilin iyul ayında qruplaşmanın döyüşçüləri “Əbu-Qreyb”ə və daha bir həbsxanaya hücum edərək yüzlərlə dustağı azad etmişdi. Hücum zamanı çox sayda insan - həbsxana işçiləri və dustaqlar həlak olmuşdu.

Xatırladaq ki, "Əbu-Qreyb" həbsxanasında Amerika əsgərləri müsəlman əsirlərə çox sayda işgəncələr veriblər. Bu barədə materiallar mediaya yayıldıqdan sonra məhkəmə təhqiqatları başlanıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar