Acun Ilıcalı 600 min türk lirəsi cərimələnib
20 İyul 2014 Bazar 03:39
Acun Ilıcalı "O səs Türkiyə" mahnı müsabiqəsinin uşaqlar üçün hazırlanmış versiyası üçün RTÜK tərəfindən 600 min türk lirəsi cərimə edilib.
Türkiyənin televiziya və radio yayımlarına nəzarət üzrə dövlət qurumu (RTÜK) ölkənin ən məşhur prodüser və teleaparıcılarından olan Acun İlıcalını rəhbərlik etdiyi televiziya layihəsinə görə cərimələyib.

ANS PRESS-in məlumatına görə, Türkiyədə ən reytinqli verilişlərin prodüser və aparıcılığını həyata keçirən Acun İlıcalı "O səs Türkiyə" mahnı müsabiqəsinin uşaqlar üçün hazırlanmış versiyası üçün RTÜK tərəfindən 600 min türk lirəsi cərimə edilib. Buna səbəb isə uşaq istismarı, eləcə də onların psixologiyasında müsabiqənin mənfi təsirlər yaratması göstərilir.

Acun isə RTÜK tərəfindən təyin edilən cəza məbləği barədə və ümumilikdə, məsələ ilə bağlı hər hansısa bir açıqlama verməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar