Acından ölən polis özünü Serj Sarkisyanın iqamətgahı qarşısında yandırmaq istəyib
08 İyun 2012 Cümə 11:10
Beş uşaq atası ailəsini dolandıra bilmədiyi üçün bu addımı atıb.
Ermənistanda keçmiş polis işçisi prezident Serj Sarkisyanın iqamətgahı qarşısında özünü yandırmağa cəhd edib. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, özünü yandırmağa çalışan şəxsin cəhdi hüquq-mühafizə orqanları tərəfindən alınıb.

Erməni mətbuatı yazır ki, keçmiş polis işçisi əvvəllər daxili işlər orqanlarında işləyib, lakin daha sonra işdən qovulub. Beş uşaq atası olan keçmiş polis işçisinin sosial vəziyyətinin ağırlığı onu bu addımı atmağa vadar edib. O, bununla vəziyyətini ağırlığına diqqət çəkmək istəyib.






DOSTLARINLA PAYLAŞ:

oyunlar