Ac uşağı üçün süd oğurlayan atanın həbs cəzası azaldıldı
31 Dekabr 2009 Cümə Axşamı 06:20
“Uşağıma süd alacaq 2 lirəni (1 manat) tapsaydım indi qarşınızda olmazdım”
Türkiyədə ac uşağını doydurmaq üçün oğurluq edən və məhkəməyə çıxarılan məhkum ağlayıb bu addımı məcbur qalaraq atdığını deyib. Qeyd edək ki, Adana sakini marketə girərək uşaq bezi, süd və s. körpəyə baxmaq üçün vasitə alıb və idman tapancası ilə qorxutduğu kassirdən 410 lira (200 manat) da pul qəsb edərək qaçıb. Məhkəmədə isə ağlayaraq danışa bilmədiyi üçün ifadəsini yazılı olaraq verib. “Mən bir atayam. Nə ölməliydim, nə də uşağıma süd tapmalıydım. 4 il əvvəl aldığım idman tapancası ilə marketə getdim. Ordan uşaq bezi və daha bir neçə lazım olan əşya aldım. Sonra tapancanı kassirin başına tutdum, amma atəş açmadım. Pulu götürərək qaçdım. Miqdarını bilmirəm. Həyatda heç kimi incitməmişəm. Uşağıma süd alacaq 2 lirəni (1 manat) tapsaydım indi qarşınızda olmazdım. İnsan küçədə gördüyü itə də bir loxma çörək verir. Amma 2 lirəni tapmadım. Peşimanam”.

Qeyd edək ki, məhkəmə, zərərçəkmiş şikayətini geri götürdüyü və məhkumun məhkəmə iclaslarında özünü aparmasını nəzərə alaraq onun üçün tələb olunan 10 il 6 ay olan həbs cəzasını 4 il 4 ay 15 günə qədər azaldıb.
ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar