Abxaziyanın mühacirətdə olan hökumətinin rəhbəri istefa verib
11 İyun 2009 Cümə Axşamı 21:45
Akişbayanın yerinə Gürcüstanın Yunanıstandakı konsulu keçəcək

 

Abxaziya Muxtar Respublikası hökumətinin Tbilisidə mühacirətdə olan rəhbəri Malxaz Akişbaya cümə axşamı istefa verib. ANS PRESS-in “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, Akişbaya bildirib ki, məsləhətləşmələr nəticəsində onun digər vəzifəyə keçməsi qərara alınıb.

Gürcüstan KİV-nin məlumatına görə, Akişbayanın yerinə Gürcüstanın Yunanıstandakı konsulu Giya Qvaramiya keçəcək. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar