Abxaziya Rusiyanın telefon kodlarına keçdi
15 Noyabr 2009 Bazar 01:50
Separatçı rejimin nəzarətində olan ərazidə bununla əlaqədar yeddirəqəmli telefon nömrələməsi tətbiq edilib
Təxminən bir saat əvvəl Gürcüstanın işğal olunmuş Abxaziya ərazisi Rusiyanın telefon koduna keçib. Separatçı rejimin nəzarətində olan ərazidə bununla əlaqədar yeddirəqəmli telefon nömrələməsi tətbiq edilib. Əvvəllər istifadə edilmiş Gürcüstan kodu isə ilin sonunadək Rusiya kodu ilə yanaşı işləyəcək və Yeni il gecəsi ondan tam imtina olunacaq.
Abxaziya separatçıları ümid edirlər ki, Beynəlxalq Elektron Rabitə İttifaqı Abxaziyaya ayrıca beynəlxalq kod verəcək. Amma onlar ayrıca kod verildiyi halda da Rusiya beynəlxalq zonasında qalmaqda davam edəcəklərini bildiriblər.
Abxaziyaya Rusiya telefon kodlarının verilməsi barədə razılaşma Rusiya Rabitə Nazirliyi ilə separatçılar arasında sentyabrın 28-də Msokvada əldə edilib. Bundan sonra Abxaziyaya Rusiyanın “7” nömrələmə zonasında kodlar (840 və 940) verilib.
ANSPRESS
DOSTLARINLA PAYLAŞ: