Amerika Birləşmiş Ştatları Fələstinə 200 milyon dollar dəyərində yardım edib. "CNN Türk"ün məlumatına görə, bu barədə məlumatı ABŞ dövlət katibi Hillari Klinton verib. Klinton bu vəsaitin mart ayında Misirin Şarm Əl Şeyx şəhərində açıqladığı ümumi yardımın bir hissəssi olduğunu qeyd edib.
Qeyd edək ki, ABŞ mart ayında Misirdə Qəzzaya yardım üçün keçirilən konfıransda şəhərin yenidən bərpası və iqtisadiyyatın canlandırılması üçün 900 milyon dollar yardım edəcəyini açıqlamışdı. Bu vəsaitin 300 milyonu Qəzzada humanitar yardımlara, 600 milyonunu isə büdcə və iqtisadiyyatın bərpası üçün nəzərdə tutulub.
Xatırladaq ki, Qəzza sektoruna 2008-ci il dekabrın sonunda başlayan və bir aya yaxın davam edən İsrail hücumları nəticəsində şəhərin infrasturukturuna xeyli ziyan dəyib. Hərbi əməliyyatlar zamanı minlərlə insan evsiz qalıb. 1300-dən artıq fələstinli həlak olub. /ANS PRESS/