ABŞ prezidenti Barak Obama Zimbabvenin baş naziri Morqan Svanqirai ilə söhbəti zamanı Vaşinqtonun bu Afrika ölkəsinə 73 milyon dollar həcmində yardım ayıracağını bildirib. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərdə bildirilir ki, yardım hökumətə deyil, bilavasitə Zimbabve xalqına göndəriləcək. /ANS PRESS/