ABŞ viza qaydalarına yenidən baxacaq
08 Yanvar 2010 Cümə 12:15
ABŞ prezidenti Barak Obama Dövlət Departamentinə ölkəyə giriş vizası verilməsi qaydasına yenidən baxılmasını tapşırıb.
APA-nın Ağ Evin saytına istinadən verdiyi məlumata görə, dövlət başçısının bu tapşırığı ABŞ-a uçan təyyarədə baş tutmayan terror aktından sonra təhlükəsizlik sisteminin yenidən qurulması üçün görüləcək kompleks tədbirlərin bir hissəsidir. Digər tədbirlər sırasında nəqliyyat və aviasiya sektorunda təhlükəsizliyin gücləndirilməsi, işçilər üçün bu sahəyə dair treninqlərin təşkili də var. APA
DOSTLARINLA PAYLAŞ: