ABŞ və müttəfiqləri Suriya hökumətinə təzyiqləri artırır
13 May 2011 Cümə 01:49
Onlar Bəşər Əsəd hökumətini məsuliyyətə cəlb etmək fikrindədirlər
Birləşmiş Ştatlar və müttəfiqləri Suriya prezidenti Bəşər Əsəd hökumətini dinc nümayişçilərə qarşı zor tətbiq etdiklərinə görə məsuliyyətə cəlb etmək fikrindədirlər. Belə bir bəyanatla ABŞ Dövlət katibi Hillari Klinton çıxış edib. Onun sözlərinə görə, ABŞ, Danimarka və digər müttəfiq ölkələr Bəşər Əsəd rejiminə qarşı təzyiqləri artırmağın yollarını axtarır.
Qeyd edək ki, Suriyada xalq hərəkatı artıq 7 həftəyə yaxındır ki, fasiləsiz davam edir. Müxalifətin məlumatına görə, bu müddət ərzində hökumət qüvvələri ilə ölkə başçısı Bəşər Əsədin istefasını tələb edən nümayişçilər arasında qeydə alınmış toqquşmalarda 500-dən yuxarı insan həyatını itirib.
DOSTLARINLA PAYLAŞ: