ABŞ və Misir arasında fikir ayrılıqları hələ də mövcuddur
19 Avqust 2009 Çərşənbə 00:45
ABŞ prezidenti Ağ Evdə misirli həmkarı Hüsnü Mübarəklə danışıqlar aparıb

ABŞ və Misir arasında bir sıra məsələlər ətrafında fikir ayrılıqları hələ də mövcuddur. Bunu ABŞ prezidenti Barak Obama Ağ Evdə Misirin dövlət başçısı Hüsnü Mübarəklə birgə keçirdiyi mətbuat konfransında bəyan edib. Amma ABŞ prezidienti bildirib ki, tərəflər kompromis axtarışları üzərində işləməyə hazırdırlar: “Elə sahələr var ki, doğrudan da aramızda fikir ayrılıqları mövcuddur. Lakin ölkələr açıq və vicdanlı fikir mübadiləsi aparırlar. Biz müttəfiqlik münasibətləri qurmaq istəyirik”.
Prezidentlər Vaşinqtondakı danışıqlarda İranın nüvə proqramıın inkişafı ilə əlaqədar nüvə silahlarının yayılmaması məsələsini, eləcə də İraqın müharibədən sonra yenidən qurulmasını müzakirə ediblər. Barak Obama, Misirin İraqa göstərdiyi yardımlara görə Hüsnü Mübarəkə təşəkkür edib. O bildirib ki, ABŞ və Misir iqtisadi əməkdaşlıq məsələləri, səhiyyə, o cümlədən tərəfləri maraqlandıran bütün məsələlər ətrafında əməkdaşlıq edə bilərlər. Barak Obama məlumat verib ki, Hüsnü Mübarəklə poliomelit sahəsində əməkdaşlıq barədə razılığa gəlib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar