ABŞ və İran rəsmiləri görüşüblər
31 Mart 2009 Çərşənbə Axşamı 22:00
Hillari Klinton: «Görüş qısamüddətli olsa da, səmimi keçib»

ABŞ və İranın rəsmi nümayəndələri Haaqada Əfqanıstanla bağlı konfrans çərçivəsində görüşüb. Məlumatı Böyük Britaniyanın BBC teleradiokorporasiyası ABŞ-ın dövlət katibi Hillari Klintona istinadən yayıb. Dövlət katibi keçirdiyi mətbuat konfransında bildirib ki, görüş ABŞ-ın Əfqanıstan üzrə xüsusi nümayəndəsi Riçard Holbruk və İran xarici işlər nazirinin müavini Məhəmməd Mehdi Axund-zadə arasında keçirilib. Hillari Klinton görüşün qısamüddətli, amma səmimi keçdiyini də deyib. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar