ABŞ və Fransanın Suriyadakı səfirliyinə basqın olub
11 İyul 2011 Bazar Ertəsi 23:01
ABŞ səfirliyi Suriya hökumətini təhlükəsizlik tədbirlərini görməməkdə ittiham edir.
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Suriyadakı səfirliyinə hücum olub. “CNN Türk”ün məlumatına görə, basqın edənlər prezident Bəşər Əsədin tərəfdarları olub.

Səfirliyə doğru əllərində daş parçaları hərəkət edən etirazçılar səfirliyin şüşələrini sındırıblar. Sonra onlar səfirliyə daxil olaraq, binanın divarına “Köpək” sözünü yazıblar. ABŞ səfirliyinin əməkdaşları Suriya hökumətinin hücumların qarşısını almaq üçün gördüyü tədbirləri ləng və kifayətsiz adlandırıb.

Qeyd edək ki, ABŞ və Fransanın Suriyadakı səfirləri şənbə günü iğtişaşların baş verdiyi əraziyə gedərək, aksiya iştirakçılarına əl sallamışdılar. Bazar günü isə hər iki ölkənin diplomatı Suriyanın Xarici İşlər Nazirliyinə çağırılaraq, ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham olunmuşdular. anspress


DOSTLARINLA PAYLAŞ:

oyunlar