ABŞ ve Almaniya herbi cinayetlerde ittiham edildi
22 Oktyabr 2013 Çərşənbə Axşamı 16:42
ABŞ ve Almaniya pilotsuz teyyareleri Pakistanda icazesiz uçuşlar keçirdiyi üçün Amnesty International hedefine tuş gelib.
"Amnesty International" hüquq-müdafiə təşkilatı Pakistanda törədilən hərbi cinayətlərə görə ABŞ-dan şübhələnir.
ANS PRESS-in xarici mətbuata istinadən verdiyi xəbərə görə, təşkilat bəyan edib ki, Amerika ordusu Pakistanda olduğu güman edilən terrorçularla mübarizədə pilotsuz təyyarələrdən istifadə etdiyi üçün beynəlxalq hüquq normalarını müntəzəm pozur və hərbi cinayətlərə yol verir.
Təşkilatın bununla bağlı qəbul etdiyi sənəddə qeyd edilir ki, ABŞ pilotsuz təyyarələrin tətbiqi ilə ciddi məxfi proqramı reallaşdırır və gələcək qətllər üçün özünü lisenziyalaşdırır: "Pentaqon artıq bu addımlarla hüquq müdafiəsi standartlarına və beynəlxalq hüququn normalarına məhəl qoymur".
Təşkilatın əməkdaşları Pakistanın Şimal Vaziristan əyalətində Amerika pilotsuz təyyarələrinin 45-dən çox reydini və terorçularla qarşurmalar zamanı çoxlu sayda günahsız insanların həlak olması faktlarını araşdırıb.
"Amnesty International" Almaniyan hökumətini Amerikanın bu cinayətlərinə göz yummaqda ittiham edib və bildirib ki, rəsmi Berlin Ağ Evi beynəlxalq hüquq normalarına riayət etməyə dəvət etməlidir. Təşkilatın bununla bağlı məruzəsində qeyd edilir ki, AFR hökuməti indiyə qədər ABŞ-ınz Pakistanda törətdiyi cinayətlərəgöz yummaqla kifayətlənməyib, hətta dolayısı ilə onlara dəstək verib.
DOSTLARINLA PAYLAŞ: