ABŞ Türkiyəyə xəbərdarlıq etdi
22 Mart 2014 Şənbə 14:29
ABŞ Dövlət Departamentinin sözcüsü Cen Psaki "Twitter" üçün Türkiyəyə xəbərdarlıq edib.
ANS PRESS-in məlumatına görə, Cen Psaki Vaşinqtondakı gündəlik mətbuat konfransında Türkiyədə adıçəkilən sosial şəbəkəyə qadağa tədbiq edilməsi ilə bağlı Twitter qadağası ilə ABŞ-ın narahatlığını dilə gətirib.

Sözcü brifinqdə xarici jurnalistlərin də daxil olduğu sual-cavab hissəsində 10 dəqiqə boyunca Türkiyədəki mətbuat azadlığı və qanunun aliliyi problemlərindən danışıb. Türkiyə Baş naziri R.T Ərdoğanın artan avtoritar meylləri müzakirə edilib.

Psaki bildirib ki, qayğılarımızı hadisələr inkişaf etdikcə Türkiyə ilə paylaşırıq və bunları dilə gətiririk. O, qeyd edib ki, ABŞ-ın Ankara səfiri ilə də "Twitter" qadağası sonrası Vaşinqtonun narahatlıqlarını Türkiyə hökumətinə çatdırıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar