ABŞ Türkiyəyə dəstək olacağına vəd verdi
16 İyul 2011 Şənbə 18:44
Birləşmiş Ştatların dövlət katibi ölkəsinin terrorla mübarizədə Türkiyənin yanında olduğunu deyib.
Türkiyədə səfərdə olan ABŞ-ın dövlət katibi "CNN Türk" telekanalına müsahibə verib. Amerikalı dövlət katibi bu yaxınlarda PKK terror aktında 13 türk əsgərinin həlak olmasını pisləyib. Hillari Klinton Birləşmiş Ştatların terrorla mübarizədə Türkiyəyə dəstək verməyə davam edəcəyini bildirib.
"Terrorun nə qədər təhlükəli olduğunu dərk edirik. ABŞ PKK terror təşkilatını heç vaxt dəstəkləməyib və həmişə pisləyib",- deyə Hillari Klinton bildirib.
Qeyd edək ki, Hillari Klinton bu gün xarici işlər naziri Əhməd Davudoğlu ilə də görüşüb. Görüş tarixi Səlim Paşa köşkündə mətbuat üçün bağlı qapı arxasında keçirilir. Görüşdən sonra Klinton və Davudoğlunun birgə mətbuat konfrasının keçiriləcəyi gözlənilir. anspress
DOSTLARINLA PAYLAŞ: