ABŞ Türkiyə səfirinin qayıdışını gözləyir
18 Mart 2010 Cümə Axşamı 01:25
Filip Qordon: “Mübahisələr Türkiyə və Ermənistan arasında həll olunmalıdır”
Ağ Ev ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində “erməni soyqırımı” ilə bağlı qəbul edilmiş qərara qarşıdır. Bunu ABŞ dövlət katibinin müavini Filip Qordon bəyan edib.

O, Vaşinqtondakı Bruklin İnstitutunda “ABŞ və Türkiyə: Obama administrasiyasının baxışı” mövzusundakı çıxışında bildirib ki, Komitədə qəbul olunmuş qərar Ermənistanla Türkiyənin yaxınlaşmasına yardım etməyəcək. Filip Qordonun sözlərinə görə, Barak Obama administrasiyası qətnamənin ABŞ Konqresinin müzakirəsinə verilməsinə qarşı çıxır: “Bu məsələ Türkiyə və Ermənistan arasında həll olunmalıdır. ABŞ protokolların ratifikasiyası prosesinə dəstək verir”.

Filip Qordon onu da deyib ki, Dövlət Departamenti Türkiyənin Nümayəndələr Palatasındakı qərardan dərhal sonra geri çağırdığı Vaşinqtondakı səfiri Namik Tanın qayıdışını gözləyir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar