ABŞ Türkiyə ilə bağlı xəbərdarlıq yaydı
06 İyun 2013 Cümə Axşamı 10:23
Amerika vətəndaşlarına şəxsi təhlükəsizliklərinin qayğısına qalmaları və son dərəcədə ehtiyatlı olmaları tövsiyə edilir.
ABŞ Dövlət Departamenti Türkiyədə yaşayan və bu ölkəyə səyahət edən vətəndaşlarına xəbərdarlıq edib. ANS PRESS-in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Dövlət Departamentinin yaydığı açıqlamada Taksim "Gezi Parkı" aksiyalarında polislə mülki şəxslər arasında toqquşmalar olduğu və iki nəfərin öldüyü, onlarla şəxsin yaranalandığı xatırladılır.

Amerika vətəndaşlarına şəxsi təhlükəsizliklərinin qayğısına qalmaları və son dərəcədə ehtiyatlı olmaları tövsiyə edilir. Onlardan aksiyalardan və kütləvi toplantılardan uzaq olmaları xahiş edilir.

Dinc aksiyaların da hər an şiddətli qarşıdurmaya çevrilmə ehtimalından bəhs edilən müraciətdə amerika vətəndaşlarının şiddət obyekti olmadığı da bildirilir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar