ABŞ tibbi sığorta proqramının tətbiqinə hazırdır
18 Avqust 2013 Bazar 02:10
ABŞ prezidenti azgəlirli vətəndaşların oktyabr ayının 1-dan etibarən sığorta əldə edə biləcəklərini bildirib.
Barak Obama Amerikanın "Obamacare" kimi tanınan tibbi sığorta proqramının həyata tətbiqinə hazır olduğunu deyib.
ANS PRESS-in Amerikanın Səsi radiosuna istinadən verdiyi xəbərə görə, həftəlik radio müraciəti zamanı ABŞ prezidenti azgəlirli vətəndaşların oktyabr ayının 1-dan etibarən sığorta əldə edə biləcəklərini bildirib. O deyib ki, sığorta şirkətləri xəstəliyi olanların sığorta tələbinə yox deyə bilməyəcək.
Barak Obama səhiyyə sığortalarının ABŞ iqtisadiyyatına milyonlarla dollar bahasına başa gəldiyini deyib. Prezident səhiyyə imkanlarının privilegiya deyil, insanların haqqı olduğunu vurğulayıb.
ABŞ dövlət başçısı Konrqesin respublikaçı nümayəndələrinin insanlarda çaşqınlıq yaratmaq üçün “gərgin” iş apardığını və hökumətin fəaliiyətini dayandırmaqla hədələdiyini deyib.
Respublikaçıların həftəlik müraciətini edən Şelli Mur Kapito səhiyyə proqramının qiymətləri qaldırdığını, iş yerlərini təhlükəyə saldığını bildirib.
DOSTLARINLA PAYLAŞ: