ABŞ Tayvana 6,7 milyard dollarlıq silah satacaq
30 Yanvar 2010 Şənbə 21:20
60 ədəd hərbi vertolyot, eləcədə zenit-raket kompleklərinin satılması nəzərdə tutulur
ABŞ Tayvana 6,7 milyard dollar dəyərində silah satmağı planlaşdırır. Müvafiq məqsədlə ölkə rəhbərliyi Konqresə müraciət edib. Bu barədə məlumat Pentaqon nümayəndələri tərəfindən verilib.

Məlumata görə, əsasən 60 ədəd “Black Hawk” tipli hərbi vertolyotlar, eləcədə “Patriot 3” zenit-raket komplekləri nəzərdə tutulur.

Bundan savayı ABŞ hərbi idarəsi Tayvana təmir olunmuş iki mina-axtarış gəmisi, "Harpoon” gəmi əleyhinə raket və bir sıra yeni texnologiya tədarük etməyi planlaşdırır. ANSPRESS



DOSTLARINLA PAYLAŞ:

oyunlar