ABŞ Suriyaya gizli müdaxilə etməyə hazırlaşır
20 Fevral 2014 Cümə Axşamı 05:30
Məlumata görə, Ağ Ev müxaliflərə qumbaraatan və “Zenit” raketləri verməyi planlaşdırır.
Suriyada müxalif qüvvələr böyük hərbi əməliyyatla Dəməşqə hücum etməyə hazırlaşır. ANS PRESS-in xəbərinə görə, Yaxın Şərq mətbuatı bir müddətdir “Cenevrə-2” danışıqlarının səmərəsi olmayacağı təqdirdə müxaliflərin Dəməşqə hücuma keçəcəyini yazırdı.

“Wall Street Journal” jurnalının xəbərinə görə, bu hücum zamanı Ağ Ev müxalifləri silahla təchiz edəcək. Məlumata görə, Ağ Ev müxaliflərə qumbaraatan və “Zenit” raketləri verməyi planlaşdırır.

Bildirilir ki, ABŞ silahları bu ölkəyə keçirmək üçün İordaniya – Suriya sərhəddindən istifadə edəcək.

Azad Suriya Ordusunun komandirlərindən olan Abdullah Kərzai Dəməşqə hücum planının Dərada hazırlanacağını, əməliyyatın da bu şəhərdən başladılacağını deyib.

Əsədə bağlı ordunun sabiq komandirlərindən olan Kərzai Amerikanın silah üçün onlara təminat verdiyi qeyd edib.

Kərzai həmçinin vurğulayıb ki, ABŞ sözünü yertinə yetirəcəyi təqdirdə qarşıdakı bir neçə ayda Dəməşqi ələ keçirmək mümkün olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar