ABŞ Suriyanı mühasirəyə alır
02 Sentyabr 2013 Bazar Ertəsi 12:34
Birləşmiş Ştatların 6 hərbi gəmisi Aralıq dənizi istiqamətində hərəkətə keçib.
ABŞ-a məxsus “USS Nimitz” təyyarədaşıyan gəmisi başda olmaqla 6 hərbi gəmisi Qırmızı dənizsən Aralıq dənizi istiqamətində hərəkətə keçib.
ANS PRESS-in xarici mediayaya istinadən məlumatına görə, bu hərbi gəmilər Suriyaya qarşı keçiriləcək əməliyyatda ehtiyat qüvvə missiyasını yerinə yetirəcək.
Qeyd edək ki, hazırda Aralıq dənizində ABŞ hərbi donanmasının Suriyaya raket zərbəsi endirə biləcək 5 döyüş gəmisi var.
DOSTLARINLA PAYLAŞ: