ABŞ suriyalı məmurlara qarşı sanksiya tətbiq etdi
30 Aprel 2011 Şənbə 01:49
Sanksiya siyahısında bir neçə şəxs və təşkilatın adı var.
ABŞ bir sıra Suriya məmurları və dövlət strukturlarına qarşı bu ölkədə insan hüquqlarının pozulması ilə bağlı sanksiya tətbiq edib. Məlumatı Ağ evin mətbuat xidməti yayıb.
Sanksiyaların tətbiq edildiyi şəxslərin siyahısına Suriya ordusunun briqada komandiri Mahir Əl-Əsəd, kəşfiyyat xidmətinin başçısı Əli Mamlyuk və Deraa əyalətinin siyasi təhlükəsizlik xidmətinin rəhbəri Atif Nəcib daxil edilib. Bundan başqa, Suriyanın kəşfiyyat xilməti və “İran İslam İnqilabı keşikçiləri” korpusunun Suriyada yerləşən strukturları da saknsiya siyahısında yerə alıb.
Bütün Amerika vətəndaşları və şirkətlərinə adları siyahıda olan şəxslər və təşkilatlarla sövdələşmələr qadağan edilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: