«ABŞ Suriya rejiminin yol verdiyi səhvlərlə bağlı dəlillərə malikdir»
11 Avqust 2011 Cümə Axşamı 10:16
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays bunu bəyan edib
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Syuzan Rays Suriya prezidenti Bəşər Əsədin zorakı addımlarının qəbuledilməz olduğunu bildirib. BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı iclasından əvvəl çıxış edən Syuzan Rays Bəşər Əsəd rejiminin yanlış addımlarına dair dəlillərə malik olduqlarını deyib.
«Bəşər Əsəd rejimi zorakılıq addımlarına son qoymayacağı halda, ona qarşı təzyiqləri artırmaq üçün mövcud olan dəlillərdən istifadə etməyə hazırıq. Suriya və xalqı üçün Bəşər Əsədin yoxluğu çox yaxşı olardı. Biz gələcəyə baxaraq dünyanın bir çox bölgəsində xalqların azadlıq və demokratiya kimi istəkləri ilə bağlı Suriya xalqına dəstək vermək üçün fürsət axtarırıq.»- Syuzan Rays belə deyib.
DOSTLARINLA PAYLAŞ: