ABŞ Suriya müxalifətinə 100 milyon dollar ayıracaq
20 Aprel 2013 Şənbə 01:33
Con Kerri yardımın dəqiq məbləğini yaxın iki gündə açıqlayacaq.
ABŞ Suriya müxalifətinə 100 milyon dollara yaxın vəsait ayıracaq. ANS PRESS xəbər verir ki, məlumatı "Reuters" agentliyi rəsmilərə istinadən yayıb. Bu məbləğin ayrılması Suriya müxalifətinə heç bir hərbi yardım göstərilməyəcəyinin işarəsi kimi qəbul edilir.

ABŞ-ın dövlət katibi Con Kerrinin Suriyaya ayrılacaq yardımın məbləğini istirahət günü açıqlayacağı gözlənilir. Dünən Con Kerri Suriya müxalifətinin nümayəndələri ilə görüşmək üçün Türkiyəyə səfər edib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar