ABŞ və Cənubi Koreya əsgəri birləşmələri Şimali Koreya üzərində hərbi müşahidəni artırıblar. Bu barədə bu gün Cənubi Koreya Müdafiə Nazirliyindən bildiriblər.
«İkincə pillə»yə qədər müşahidə əmri hər iki ölkənin birləşmiş qoşun komandalğı tərəfindən mayın 28-də yerli vaxtla saat 07:15-də verilib. Bundan qabaq isə «ikinci pillə» əmri 2006-cı ildə Şimal Koreya nüvə silahı sınaqdan keçirən zaman verilmişdi.
Cənubi Koreya Müdafiə Nazirliyin əmrinə görə, müşahidələrə daha çox hərbçi və kəşfiyyatçı təyyarələr cəlb ediləcək. /ANS PRESS/