ABŞ Şimali Koreyanın yeni nüvə sınaqlarına hazırdır
22 İyun 2009 Bazar Ertəsi 11:45
Bunu ABŞ prezidenti CBS kanalına müsahibəsində bildirib

 

ABŞ Şimali Koreyanın yeni nüvə sınaqlarına hazırdır. Bu barədə BBC-nin məlumatına görə, prezidenti Barak Obama CBS kanalına müsahibəsində bildirib.
“Administrasiya, o cümlədən hərbi rəhbərlik hadisələrin istənilən yöndə inkişafına hazırdır”, - deyə Obama bildirib.

Obama sözlərinə görə, bu Şimali Koreyaya qarşı hərbi əməliyyataların yerinə yetiriləcəyi barədə xəbərdarlıq demək deyil.
“Biz mümkün ola biləcək işləri güman etmək fikrimiz yoxdu. Amma mən Amerika xalqını əmin etmək istəyirəm ki, hər şey bizə aydındır”, - deyə Obama bildirib.

Qeyd edək ki, may ayında Pxenyan bir neçə dəfə nüvə sınağını təcrübədən keçirib. Buna cavab olaraq BMT Təhlükəsizlik Şurası Şimali Koreyaya qarşı qadağaları artırıb. Bu qadağalar Pxenyanın ənənəvi tərəfdaşı sayılan Rusiya və Çin tərəfindən də bəyənilib. Hər iki dövlət Şimali Koreyanın danışıqlar stoluna qayıtmağa çağırıblar. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar