ABŞ Senatı Rusiyanı tənqid etdi
09 Fevral 2014 Bazar 03:44
Putin hakimiyyəti Böyük Rusiya yaratmaq iddiasındadır və buna görə də keçmiş SSRİ-nin torpaqlarını geri qaytarmaq istəyir.
ABŞ Senatı Rusiyanı Gürcüstanı işğal etdiyinə görə tənqid edib.

ANS PRESS-in “Front News” saytına istinadən verdiyi məlumata görə, bu informasiyanı ABŞ-ın respublikaçı senatoru Marko Rubio yayıb. Onun sözlərinə görə, Putin hakimiyyəti Böyük Rusiya yaratmaq iddiasındadır və buna görə də keçmiş SSRİ-nin torpaqlarını geri qaytarmaq istəyir.
“Putinin bu addımı Rusiya ilə keçmiş SSRİ respublikalarının münasibətlərinin pozulmasına gətirib çıxara bilər. Bir neçə il öncə Rusiya Gürcüstanın bəzi ərazilərini işğal etdi. Özü də 22-ci Qış Olimpiya oyunlarınadək etdiyi bu işğal faktını “bufer zonanın təhlükəsizliyi” adlandırdı. Rəsmi Moskvanın bu hərəkəti yolverilməzdir”, - deyə senator bildirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar