ABŞ senatı İranla bağlı qətnamə qəbul edib
20 İyun 2009 Şənbə 11:20
Senatda çıxış edən konqesmenlər İran xalqının söz azadlığı uğrunda mübarizə apardığını bəyan ediblər

 

ABŞ senatının nümayəndələr palatası İranın  nümayişçilərə qarşı zor tətbiq etməsini, hökumətin internet və mobil telefon əlaqələrinə müdaxiləsini mühakimə edən qətnamə qəbul edib. Qətnamənin təşəbbüskarı kimi Respublikaçılar Partiyası çıxış edib. İsraili dəstəkləməyə daima hazır olan Demokratlar da qətnaməyə dair Respublikaçılarla həmrəylik nümayiş etdiriblər. Palatanın xarici əlaqələr komitəsinin sədri və qətnamənin müəlliflərindən biri Hovard Bermanın sözlərinə görə İranda dövlətin başçısını seçmək Birləşmiş Ştatların işi deyil.
"Nümayişçilər hiss edir ki, onların fikirləri təhqir olunub və ləyaqətləri  yüksək dairələr tərəfindən hücuma məruz qalıb. Onlar ədalət istəyirlər. Bu səhər isə ali dini lider heç nə təklif etmədi. İranın kim tərəfindən idarə olunması, eləcə də 12 iyun seçkisində əsl qalibin müəyyən edilməsi  bizim işimiz deyil. Lakin biz təsdiq etməliyik  ki, İran xalqı öz gələcəyi barədə azad şəkildə fikir söyləmək hüququna malikdir", deyə H. Berman bildirib.  
 
Respublikaçı Erik Kantor isə bildirib ki, o, Obamanın İran xalqının adından danışmağının və onların azadlığı və haqları üçün səsini daha da ucadan çıxartmağının tərəfdarıdır.

Qeyd edək ki, Obama İrandakı seçkiyə dair neytral qalıb və müəyyən ehtiyatlı çıxışlar edib. Prezident Barak Obamanın baş sözçüsü Robert Qibsin  sözlərinə görə, isə nümayəndələr palatasının qəbul etdiyi qətnamə Ağ evin göndərmək istədiyi mesajı əks etdirir. Qibsin bildirdiyinə görə, bir çoxları bunu istəsə də,  Birləşmiş Ştatlar hökuməti İranın daxili müzakirələrində siyasi futbol topları kimi istifadə edilə bilməz. Obamanın sözçüsü prezidentin palataya nisbətən kəskin çıxış etməməsi barədə olan fikirləri də rədd edib. /ANS TV/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar