ABŞ səmasında helikopterlə şəxsi təyyarə toqquşub
08 Avqust 2009 Şənbə 23:00
Hadisə nəticəsində bir nəfərin sağ qaldığı ehtimal olunur

Birləşmiş Ştatların Nyu-Cersi ştatının Hoboken şəhərinin səmasında helikopterlə şəxsi təyyarə toqquşub. ANS PRESS-in “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Amerika kütləvi informasiya vasitələri məlumat yayıb.
Yerli polis nümayəndələrinin sözlərinə görə, təyyarənin göyərtəsində altı nəfər olub. Lakin hadisə nəticəsində ölən və xəsarət alanlar haqqında rəsmi məlumat daxil olmayıb.
KİV-in məlumatına görə, ən azı bir nəfərin sağ qaldığı ehtimal olunur. /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar