ABŞ səfirliyinə içində "ağ toz" olan zərf göndərilib
29 Oktyabr 2013 Çərşənbə Axşamı 13:12
Zərfin içindəki "Ağ toz" ekspertizaya verilib, ekspertizanın nəticəsi hələ məlum deyil.
Qırğızıstanda ABŞ səfirliyinə içində naməlum "ağ toz" olan zərf göndərilib. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, zərfin içindəki maddə ekspertizaya verilib. Ekspertizanın nəticələri hələ məlum deyil. ABŞ-ın Qırğızıstandakı səfirliyində bildiriblər ki, hadisə barəsində Qırğızıstanın bütün aidiyyatı orqanları xəbərdardır.

Mətbuat xidməti zərfdə "ağ toz"dan başqa bir şeyin olması barəsində məlumat verməyib. Müəmmalı məktubun beynəlxalq və ya Qırğızıstan poçtu ilə gəlməsi barəsində də məlumat yoxdur. Diplomatların sözlərinə görə, bu hadisə onların işinə heç bir təsir etməyib.

Xatırladaq ki, belə bir hadisə 2013-cü ilin qışında ABŞ-ın Moskvadakı səfirliyində də baş vermişdi. Üzərində “Bioloji silah” yazılan həmin zərfdəki maddəni ekspertlər yoxlayıb və maddənin zəhərli olmadığını bildiriblər.


DOSTLARINLA PAYLAŞ:

oyunlar