ABŞ səfirliyinə hücum olub
28 Oktyabr 2011 Cümə 23:07
Hadisə Sarayevoda baş verib.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda naməlum şəxslər ABŞ səfirliyinin binasını atəşə tutub. ANS PRESS-in “RBC”yə istinadən verdiyi məlumata əsasən, şahidlər yaralananların olduğunu iddia edir. Səfirliyin əməkdaşlarının sözlərinə görə, səfirliyin 2 mühafizəçisi müxtəlif xəsarətlər alıb. İlkin məlumata görə, səfirliyə hücum edənlər 3 nəfər olub. Onlardan biri polisin snayperdən açdığı güllədən öldürülüb. Daha iki nəfər isə sonradan saxlanılıb.
Serbiya daxili işlər naziri İvitsa Daçiçin verdiyi məlumata görə, Amerika səfirliyinə hücum təşkil edən şəxslərin başçısı Serbiyanın cənub-qərbində yerləşən Novi Pazar şəhərindən olan Mevlid Yaşareviçdir. Bu şəhərdə əsasən müsəlmanlar yaşayır.
Bosniya hüquq-mühafizə orqanlarının əməkdaşları qeyd edib ki, Sarayevoda ABŞ səfirliyinə hücum edənlər radikal islamçılar olub.
Qeyd edək ki, keçmiş Yuqoslaviyada vəhhabilik təriqəti olduqca güclənib.
DOSTLARINLA PAYLAŞ: