ABŞ səfirliyi vətəndaşlarına xəbərdarlıq etdi
09 Oktyabr 2013 Çərşənbə 23:46
Səfirlik Azərbaycandakı vətəndaşlarını nümayişlərdə iştirak etməkdən çəkinməyə çağırdı.
ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına xəbərdarlıq edib. ANS PRESS-in ABŞ-ın Azərbaycandakı səfirliyinin saytına istinadən verdiyi xəbərə görə, oktyabrın 9, Azərbaycan 2013-ci prezident seçkilərini nəzərə alaraq,Azərbaycandakı vətəndaşlarına təhlükəsizlilkərini təmin etməyə çağırıb.
Səfirlik vətəndaşlarını oktyabrın 9-da səsvermə dövründə və seçkilərin nəticələri elan edildikdən sonra potensial nümayişlərdə diqqətli olmağa çağırdı. İlkin nəticələr oktyabrın 9-da seçki məntəqələri bağlandıqdan sonra və rəsmi nəticə isə oktyabrın 23-nə qədər elan olunacaq.
Baxmayaraq ki, ABŞ səfirliyi böyük iğtişaşlar gözləmir, vətəndaşlar yenə seçki dövründə və sonra öz şəxsi təhlükəsizliyi haqqında məlumatlı olmalıdır.
Hətta nümayişlər dinc məqsədlərlə olsa belə, şiddətə çevrilə bilər. Siz nümayiş, aksiya, yığıncaqlar olan məkanlardan uzaq olmalısınız və ehtiyatlı olmalısınız.
DOSTLARINLA PAYLAŞ: