ABŞ səfirinin qızı 25-сi mərtəbədən yerə düşdü
28 Avqust 2010 Şənbə 12:55
Nikol Сon pəncərədə şəkil çəkdirmək istəyirmiş.
Amerika Birləşmiş Ştatlarının Tailanddakı səfirinin 17 yaşlı qızı Nikol Сon faciəvi şəkildə həlak olub. “BBC”nin məlumatına görə, o, Nyu-Yorkda 25-ci mərtəbədə yerləşən evin pəncərəsindən yerə düşüb.

Yerli polisin məlumatına görə, qız sərxoş vəziyyətdə olub. “Onun həlak olmasına bədbəxt hadisə səbəb olub - qız şəkil çəkdirmək istəyərkən pəncərədən yerə yıxılıb”, - deyə məlumatda bildirilir.

Faktla bağlı araşdırmalar davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar