ABŞ səfirini öldürənə mükafat vəd edildi
31 Dekabr 2012 Bazar Ertəsi 02:22
Yəməndəki diplomatı öldürənə 3 kiloqram qızıl veriləcək.
“Əl Qaidə” terror təşkilatı ABŞ-ın Yəməndəki səfirini öldürənə 3 kiloqram qızıl (təxminən 160 min dollar) vəd edib. Bundan başqa, təşkilat ölkə ərazisində öldürülən hər bir Amerika əsgərinə görə 23 min dollar mükafat veriləcəyini bəyan edib. “Əl Qaidə”nin yaydığı məlumatda deyilir ki, təklif 6 ay qüvvədə olacaq.

Qeyd edək ki, 2011-ci ilin yazından Yəməndəki silahlı qruplaşmalar, eləcə də, “Əl Qaidə”nin yerli özəyi fəallaşıb. Onlar mübarizə üçün Yəmən prezidenti ABŞ-dan kömək istəyib. 2012-ci ilin yazından Yəməndə silahlılara qarşı irimiyaslı əməliyyatlar keçirilir. ABŞ hərbçiləri son vaxtlar silahlılara qarşı mübarizəni daha da gücləndirib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar