ABŞ səfərindən Türkiyə kürdlərinə sərt mesaj
23 İyul 2010 Cümə 12:40
“Ayrılsanız, üçüncü dərəcəli bir Şərq ölkəsi olacaqsınız”.
Türkiyədə fəaliyyət müddəti başa çatan ABŞ-ın Ankaradakı səfiri Ceyms Ceffrinin bir qrup millət vəkilləri üçün təşkil etdiyi vida qonaqlığında maraqlı dialoqlar yaşanıb. Səfirin dəvətini qəbul edənlər sırasında hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin müavini Abdulkadir Aksu, AKP-dən olan millət vəkili Vahid Ərdəm, Cüümhuriyyət Xalq Partiyasından (CHP) olan millət vəkili İlhan Kəsici, Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan millət vəkili Oktay Vural və Barış və Demokratiya Partiyasından (BDP) olan millət vəkili Sırrı Sakık olub.
Ziyafətdə “Türkiyədəki türklər və kürdlər ayrılmaq istəyir?” sualı ətrafında da söhbətlər gedib. Millət vəkilləri Türkiyədəki kürdlərin İran, İraq və Suriyadakı kürdlərdən çox fərqli olduğunu deyiblər. Qeyd olunub ki, Türkiyə kürdləri türklərlə əsrlərdir bir yerdə yaşamış, qaynayıb-qarışmış bir toplumdur. BDP üzvü, millət vəkili Sakıkın Türkiyə kürdlərinin tələbləri ilə bağlı fikirlərinə cavab olaraq səfir Ceffri deyib ki, “ayrılsanız, üçüncü dərəcəli bir Orta Şərq ölkəsi olarsınız, Türkiyə isə bir Qərb ölkəsi olaraq yoluna davam edəcək”.
Öz növbəsində Sakık deyib: “Biz Orta Şərq bataqlığında bir ölkə olmaq istəmirik. Biz Türkiyənin Qərbə inteqrasiya olunmuş, Avropa dəyərlərini gerçəkdən mənimsəmiş, xalqların demokratik hüquqlarını tanıyan bir ölkə olmasını istəyirik. Bu gün kürdlər arasında sorğu keçirilsə, ayrılmaq istəyənlərin cəmi 3 faiz olduğu ortaya çıxar”.
Sakıkın “Türkiyədə kürdlərə qarşı illərdir təzyiqlər var” fikirlərinə AKP-li millət vəkili Ərdəm “Hansı ölkə terror qarşısında sakit dayanar” cavabını verib. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: