ABŞ Rusiyanın şərqində sükutu pozdu
10 Aprel 2014 Cümə Axşamı 12:47
Təlimlərdə 103 hərbi təyyarə və 1,4 min hərbçi iştirak edəcək.
Gələn ay Cənubi Koreya və ABŞ birgə hərbi-hava təlimlərinə başlayacaq. ANS PRESS-in məlumatına görə, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin açıqlamasında bildirilir.

Açıqlamaya görə, aprelin 25-dən başlayacaq təlimlər ABŞ və Cənubi Koreya tarixində ən böyük hərbi-hava təlimləri olacaq.

Təlimlərdə 103 hərbi təyyarə və 1,4 min hərbçi iştirak edəcək. Belə ki, təlimlər zamanı Cənubi Koreya istehsalı olan F-15K qırıcıları, Amerika istehsalı olan F-15 и F-16, və ABŞ Hərbi-Hava Qüvvələrinə məxsus FA-18 və EA-18 tipli qırıcılardan istifadə ediləcək.

Qeyd edək ki, bir müddət əvvəl ABŞ, Yaponiya və Cənubi Koreya arasında Şimali Koreyanın nüvə məsələsi ilə bağlı üçtərəfli görüşlər keçirilmişdi. Bundan başqa hər üç ölkə Çin ilə ikitərəfli görüşlərin həyata keçirilməsi barədə razılığa gəlmişdi. Rəsmi Vaşinqton, Seul və Tokio bəyan etmişdilər ki, dünya ictimaiyyətinin diqqətini Şimali Koreyada insan hüquqlarının pozulması faktına yönəltmək lazımdır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar