ABŞ Rusiyanı Suriyaya silah satmamağa çağırır
12 Avqust 2011 Cümə 02:47
Hillari Klinton: “Çin və Hindistanın da Suriyaya qarqşı sanksiyalara qoşulmasını istəyirik”
Birləşmiş Ştatlar Çin və Hindistanın Suriyaya qarşı sanksiyalara qoşulmasını, Rusiyanın isə bu ölkəyə silah satışını dayandırmasını istəyir. Belə bir bəyanatla ABŞ-ın dövlət katibi Hillari Klinton çıxış edib.
“Bizim Bəşər Əsədə təzyiq göstərmək üçün atmalı olduğumuz addım Suriyanın neft-qaz sənayesminə qarşı sanksiyalar tətbiq etməkdir”, - Hillari Klinton CBS telekanalına müsahibəsində deyib: “Biz istəyirik ki, Avropa bu istiqamətdə əlavə addımlar atsın. İstəyirik ki, Suriyanın enerji sektoruna iri investisiyalar qoymuş Çin və Hindistan bizimlə birlikdə bu addımları atsınlar. Rksiyanın Əsəd rejiminə silah satışını dayandırmasını istəyirik”.
Hillari Klintontan ABŞ-ın niyə Bəşər Əsədi açıq şəkildə istefaya çağırmadığı da soruşulub. Amerika diplomatiyasının rəhbəri bildirib ki, hazırkı mərhələdə Ağ evin səyləri Suriyadakı hakim rejimi siyasi və iqtisadi cəhətdən təcrid etmək və daha çox ölkəni öz tərəfinə çəkməkdir. “Bəşər Əsədin legitimliyini itirdiyini bəyan etdikdə bizim mövqeyimiz aydın idi. Biz bunu birinci deyənlərdən olmuşuq. Lakin səsimizin yeganə olmaması vacibdir. İstəyirik ki, belə səslər bütün dünyadan gəlsin”, - Hillari Klinton deyib.
DOSTLARINLA PAYLAŞ: