ABŞ Rusiyanı günahlandırdı
13 Oktyabr 2012 Şənbə 10:11
Rusiyanın Suriyaya silah verməsi dünyada təhlükəsizliyi təmin etmək olan bir dövlət üçün məsuliyyətsiz addımdır.
ABŞ Dövlət Departamentinin sözçüsü Viktoriya Nuland Suriya ilə bağlı hadisələrin dəyişməz olaraq qalmasına görə Rusiyanı günahlandırıb. Ötən gün Suriyada davam edən zorakılıq halları ilə bağlı mətbuat konfransda çıxış edən Nuland bildirib ki, Rusiyanın Suriyaya silah verməsi Təhlükəsizlik Şurasında vəzifəsi dünyada təhlükəsizliyi təmin etmək olan bir dövlət üçün məsuliyyətsiz bir addımdır.
"Rusiyanın Suriyaya silah nəql etməsi ilə bağlı dəfələrlə iradlarımızı bildirmişik. Rusiya Təhlükəsizlik Şurasının üzvü olmasına baxmayaraq, bu cür təhlükələrə yol açan fəaliyyətlərə davam edir. Artıq bir ildir açıq şəkildə bəyan edirik ki, heç bir məsuliyyətli ölkə Əsəd rejimini gücləndirəcək və təhrik edəcək hərəkətlərə yol verməməlidir. Bura, əsasən, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına üzv olan ölkələr aiddir".
Nuland, həmçinin, qeyd edib ki, BMT-nin Suriyaya qarşı sanksiya tədbiq edə bilməməsinə səbəb qurumun siyasətində mənəvi iflasın baş verməsidir.
DOSTLARINLA PAYLAŞ: