ABŞ qoşunlarının çıxarılması prosesi tezləşdirilə bilər
29 İyul 2009 Çərşənbə 20:25
Pentaqon rəhbəri İraq səfəri zamanı maraqlı açıqlama verib

 

Amerika qoşunlarının bəzi bölmlərinin İraqdan çıxarılması prosesi sürətləndirilə bilər. ANS PRESS-in “BBC”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın müdafiə naziri Robert Qeyts bildirib.
Lakin Qeyts nədənsə konkret vaxt açıqlamayıb.

Xatırladaq ki, Qeytsin İraqa səfəri gözlənilməz olub. O, Birləşmiş Ştatların kürdlərin nəzarətində olan ərazilərdə yerləşən neft sahələri və sərhədlərlə bağlı məsələləri həll etməyə kömək etmək istədiyini bildirib.

Amerika rəsmiləri isə kürd - ərəb münasibətlərinin İraqı yeni bir təhlükə qarşısında qoyacağından ehtiyat edirlər. /ANS PRESS/

 



DOSTLARINLA PAYLAŞ:

oyunlar