ABŞ-ın quru qoşunlarının qərargah rəisi, general Corc Keysi ABŞ qoşunlarının İraqda daha 10 il müddətinə qala biləcəyini istisna etməyib. ANS PRESS-in Associated Press-a istinadən yaydığı məlumata görə, Keysi buna səbəb qismində terrorçuluqla mübarizə ilə bağlı ehtiyaclar çıxış edə bilər.
Amerikalı general qeyd edib ki, dünyadakı tendensiyaların qeyri-qənaətbəxş istiqamətdə cərəyan etdiyi üçün ABŞ qoşunlarının iş metodları köklü şəkildə dəyişə bilər.
Bununla yanaşı Keysi əlavə edib ki, İraqdakı hərbi əməliyyatların müddətinin uzadılması ilə bağlı fikirləri Obama administrasiyasının kursu ilə ziddiyyət təşkil edən istiqamət kimi nəzərdən keçirilməməlidir.
Qeyd edək ki, Vaşinqtonla Bağdad arasında əldə edilən anlaşmaya görə ABŞ qoşunları İraqı 2012-ci ilədək tərk etməlidir.
ANSPRESS