ABŞ “qış vaxtı”na keçir
07 Noyabr 2010 Bazar 02:35
Vaşinqtonla Bakı arasında fərq yenidən 9 saat olacaq.
ABŞ-da bu gecə saat 02.00-da (Bakı vaxtı ilə 11.00) “yay vaxtı”ndan “qış vaxtı”na keçiləcək. Azərrbaycan bu keçid bir həftə əvvəl baş verib. Beləliklə, Bakı ilə ABŞ-ın Vaşinqton və Nyu-York şəhərlərinin yerləşdiyi qərb sahilləri arasında fərq yenidən 9 saat olacaq.

ABŞ-ın bütün ştatlarında və bütün Amerika ərazilərində saatlar bir saat geri çəkilməyəcək. Arizona, Havay adaları, Puerto-Riko, Virciniya adaları, Guam, Qərbi Samoa və Şimali Marian adalarında daim standart saat qurşağı fəaliyyətdədir və bu bölgələrdə yay-qış vaxtlarına keçid olmur.
ABŞ-da ilk dəfə “yay vaxtı”na 1918-ci ildə prezident Vudro Vilsonun sərəncamı ilə keçilib. Lakin bir il sonra qanunvericilər bu keçidə qarşı çıxıblar. Yalnız 1966-cı ildə yenidən müvafiq qanun qəbul edilib. Sonradan qanuna edilmiş düzəlişə görə, istənilən ştat və ya ərazi saat dəyişikliyindən imtina edə bilər. Hazırda bir sıra ştat və ərazilər bu düzəlişdən yararlanıb.

ABŞ-ın Energetika Nazirliyinin hesablamalarına görə, “yay vaxtı”na keçid gündə 100 min barel neftə qənaət deməkdir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar