ABŞ Qəzzaya pul ayırdı
22 İyul 2014 Çərşənbə Axşamı 13:19
ABŞ Qəzza sektorunun əhalisi üçün 47 milyon dollar humanitar yardım ayırıb.
ANS PRESS-in məlumatına görə, ABŞ dövlət katibi Con Kerri Qahirədə BMT baş katibi Pan Gi Munla görüşdən sonra bu barədə açıqlama verib.
“Biz İsrailin öz ərazisinin müdafiəsi üçün Qəzzada atdığı addımların nəticələrinə görə narahatıq. Ərazisi raket atəşinə məruz qalan heç bir ölkə kəskin reaksiya verməyə bilməz”, deyə Kerri bildirib.
Pan Gi Mun isə İsrail və “Həmas”ı danışıqlar masasına oturmağa çağırıb.
Qeyd edək ki, İsrail ordusu Qəzzada hərbi əməliyyatları davam etdirir. Bir necə gündür davam edən əməliyyatlarda 600-dən çox fələstiunlinin öldüyü, 4 minə yaxın adamın isə yaralandığı bildirilir. Hərbi əməliyyatlar zamanı 30 İsrail əsgəri ölüb. Bir əsgərin isə “Həmas”a əsir düşdüyü bildirilir.
DOSTLARINLA PAYLAŞ: