ABŞ: Qəzzanın mühasirəsi davam edə bilməz
05 İyun 2010 Şənbə 11:05
ABŞ: Qəzzanın mühasirəsi davam edə bilməz. Bu barədə Ağ evin sözçüsü bəyanat verib.
Ağ evin sözçüsü Mike Hammer jurnalistlərə açıqlamasında Qəzza zolağının blokadasının dayandırılmalı olduğunu bildirib.
“İsrail, Fələstin rəsmiləri və digər xarici tərəfdaşlarımızla görüş və müzakirələrimizi ara vermədən davam etdiririk. İndiki vəziyyət davam edə bilməz və mütləq dəyişdirilməlidir”, deyə Mike Hammaer bildirib.
ANS PRESS Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, bununla belə Ağ ev təmsilçisi İrlandiyadan Qəzzaya yardım aparan gəminin hər hansı problem yaşanmaması üçün, Aşdod limanına yaxınlaşmasının vacibliyini də vurğulayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: